
Məşhur insayder nazik gövdəli iPhone 17 Air-in xarici görünüşünü sərgiləyib
Cihazlar+
19.02.2025
Emil
Apple bu ilin ikinci yarısında iPhone 17 seriyasını təqdim edəcək. Artıq bir neçə ay ərzində ortaya çıxmış məlumatlara əsasən bu seriyaya daxil olacaq modellərdən biri də nazik gövdəli iPhone 17 Air olacaq. İndi isə Jon Prosser adlı məşhur insayder Apple şirkətinin bu ilin ikinci yarısı üçün gözlənilən nazik gövdəli bu smartfonu haqqında yeni məlumatlar paylaşıb. Qeyd etmək lazımdır ki, daha öncə bu model iPhone 17 Slim adı ilə tanınırdı.

Son sızıntılara görə iPhone 17 Air modelinin arxa panelində tək kamera mövcud olacaq. İnsayder tərəfindən təqdim edilmiş render fotolardan da görmək olar ki, smartfonun arxa panelindəki kamera sahəsi oval formasındadır və o, yuxarı hissəsini tamamilə əhatə edir. Bu baxımdan smartfonun dizaynı Google Pixel seriyasının dizaynını xatırladır. Əgər təqdim edilmiş bu render fotolar həqiqəti əks etdirirlərsə, Apple şirkətinin iPhone 17 Air modelində nəyə görə yalnız 1 ədəd kameradan istifadə etməsi sualı ortaya çıxır.

Ola bilsin ki, bunun əsasə səbəbi smartfonun olduqca nazik gövdəyə sahib olacağındadır. Belə ki, bəzi məlumatlara əsasən smartfonun gövdə qalınlığı 5.5 mm təşkil edəcək. Digər tərəfdən Apple bu addımı istehsal xərclərini azaltmaq məqsədilə atmış ola bilər. Gözləntilərə əsasən iPhone 17 Air modelinin arxa panelində 48 MP-lik əsas kamera yerləşəcək.
Mənbə: Gadgets360
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
