Logo
    Məşhur insayder Nothing Phone (2a) barəsində növbəti məlumatları təqdim edib

    Məşhur insayder Nothing Phone (2a) barəsində növbəti məlumatları təqdim edib

    Cihazlar+
    28.12.2023
         Roland Quandt adlı məşhur insayder təqdimata hazırlaşan Nothing Phone (2a) smartfonu barəsində yeni məlumatları təqdim edib. Onun sözlərinə əsasən sözügedən smartfon bazara 2 gövdə rəngində satışa çıxacaq. Ağ və qara. Bununla yanaşı insayder bildirib ki, smartfon iki versiyada mövcud olacaq. Birinci versiya 8 GB RAM-a və 128 GB daxili yaddaş həcminə, ikinci versiya isə 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib olacaq. Məlumata əsasən birinci versiya Avropa bazarında 400 avro qiymətində satılacaq. Qeyd etmək lazımdır ki, Nothing Phone (2a)-nın 27 fevral tarixində MWC 2024 sərgisi çərçivəsində təqdim olunacağı gözlənilir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...