Reklam
Məşhur insayder OnePlus 10 Pro smartfonunun dizaynını sərgiləyib

Məşhur insayder OnePlus 10 Pro smartfonunun dizaynını sərgiləyib

Mobil Cihazlar
16.11.2021 PAYLAŞIM

    OnLeaks ləqəbli məşhur insayder hələ təqdim edilməmiş OnePlus 10 Pro smartfon modelinin dizaynını sərgiləyib. Təqdim edilmiş keyfiyyətli render fotoları smartfon dizaynının final versiyasının necə görünəcəyini sərgiləyirlər. Təqdim edilmiş məlumata əsasən OnePlus 10 Pro modeli 6.7 düym AMOLED ekrana sahib olacaq. Ekranın kənar hissələri bir qədər əyilmiş olacaqlar və ekranın yuxarı sol hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik çıxıntı yerləşəcək. Arxa kameraların yerləşmə tərzlərinə görə OnePlus 10 Pro-nun arxa paneli eyni anda həm Samsung həm də Apple smartfonlarını xatırladır. Arxa kameraların yerləşdikləri yerdə həmçinin İsveçin Hasselblad adlı brendinin adının həkk olunduğunu görmək olar.


    Bu isə o deməkdir ki, OnePlus şirkəti bu fotoaparat istehsalçısı ilə əməkdaşlığı davam etdirəcək. Kameraların göstəriciləri barəsində məlumat olmasa da OneLeaks bildirib ki, smartfon 5 qat optik zoom özəlliyinin dəstəyinə sahib olacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, OnePlus 9 Pro modelinin teleobyektivi yalnız 3.3 qat optik zoom-u dəstəkləyir. Gözləntilərə əsasən OnePlus 10 Pro modeli Qualcomm-un flaqman prosessorunu və 125 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya həcmini əldə edəcək. İnsayderin məlumatına əsasən smartfonun satış qiyməti 1069$-dan başlayacaq. OnePlus 10 Pro-nun gələn ilin birinci yarısında təqdim ediləcəyi güman edilir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Qatlana bilən Xiaomi Mix Fold 2 və Redmi K50 Ultra təqdim olunub - QİYMƏTİ

Xiaomi xüsusi təqdimat tədbiri çərçivəsində qatlana bilən Mix Fold 2 və Redmi K50 Ultra flaqman smar..


200 MP-lik kameraya sahib Moto X30 Pro və qatlana bilən Motorola RAZR (2022) təq..

Motorola şirkəti artıq uzun zamandır ki, barəsində məlumatlar yayılan Moto X30 Pro adlı flaqman smar..


Qatlana bilən Samsung Galaxy Z Fold 4 və Galaxy Z Flip 4 təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy Unpacked 2022 tədbiri çərçivəsində öz yeni qatlana bilən smartfonları Galaxy ..


iPhone 14 Pro-nun real fotoları ortaya çıxıb

Artıq gələn ay Apple şirkəti iPhone 14 smartfon seriyasını təqdim edəcək.


Yeni OnePlus 10T flaqman smartfonu təqdim olunub - QİYMƏTİ

Bu smartfon flaqman smartfonlar sırasına daxil olsa da şirkət onun bəzi özəlliklərini əvvəlki flaqma..


Samsung öz cihazlarının fərdi təmir proqramını istifadəyə verib

Samsung şirkəti elektron cihazların təmiri sahəsində fəaliyyət göstərən iFixit saytı ilə birlikdə Ga..

×