Logo
    main-post-cover

    Məşhur insayder OnePlus 12 haqqında yeni məlumatlar verib

    Cihazlar+
    19.06.2023
    Emil
        Artıq məlumdur ki, OnePlus şirkətinin növbəti flaqman smartfonu OnePlus 12 olacaq və şirkət aktiv şəkildə onun üzərində çalışmağa davam edir. İndi isə internetdə sözügedən smartfon barəsində yeni məlumatlar ortaya çıxıb. Məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. İnsayderin sözlərinə əsasən OnePlus 12 smartfonu Samsung istehsalı ekrana sahib olacaq. Söhbət, kənarları əyilmiş 120 Hz-lik təsvir yenilənməsinə sahib Quad HD+ keyfiyyətli OLED ekrandan gedir.
        Ekranın yuxarı mərkəz hissəsində isə ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Smartfon Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və üçlü arxa kamera ilə təchiz olunacaq. Məlumata əsasən şirkət OnePlus 12-ni payız fəslində təqdim edəcək və o, ilk növbədə Çin bazarında satışa çıxacaq. Müəyyən müddətdən sonra isə smartfon qlobal bazar üçün təqdim ediləcək.
    Paylaş
    Bənzər xəbərlər