
Məşhur insayder OnePlus Ace 2 Pro barəsində yeni məlumatlar verib
Bu ay ərzində OnePlus Nord 3-ün təqdim olunacağı gözlənilir. Sözügedən smartfon OnePlus Ace 2V modelinin bir qədər yaxşılaşdırılmış versiyası olmalıdır. Lakin OnePlus şirkəti yay fəslində OnePlus Nord 3 ilə yetinmək niyyətində deyil. Belə ki, şirkət həmçinin bu yay OnePlus Ace 2 Pro smartfonunu da təqdim etməlidir. Daha öncəki məlumat sızıntılarına əsasən OnePlus Ace 2 Pro modeli Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacaq.
Digital Chat Station ləqəbli məşhur insayderin təqdim etmiş olduğu yeni məlumata əsasən Sanpdragon 8+ Gen 1 prosessoru smartfonun tək fərqləndirici tərəfi olmayacaq. İnsayder bildirib ki, OnePlus Ace 2 Pro modeli xüsusi soyutma sisteminə və 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bununla yanaşı smartfon 150 vatt gücündə sürətli şarj texnologiyasının dəstəyinə, optik stabilizasiyalı 50 MP-lik əsas arxa kameraya və kənarları əyilmiş ekrana sahib olacaq. Çox güman ki, OnePlus Ace 2 Pro modeli qlobal bazarda OnePlus 11T adı ilə satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər