main-post-cover

    Məşhur insayder OPPO Find X8 və Find X8 Pro smartfonlarının keyfiyyətli render fotolarını təqdim edib

    Cihazlar+
    15.10.2024
    Emil Nəcəfov
         OPPO şirkəti 24 oktyabr tarixində OPPO Find X8 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya daxil olacaq modellər arasında OPPO Find X8 və Find X8 Pro da olacaq. İndi isə Evan Blass adlı məşhur insayder adları sadalanmış bu modellərin keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfonların həm arxa həm də ön panelləri əks olunub. Fotolara əsasən smartfonlar ümumi olaraq xarici görünüşcə bir-birilərinə bənzəyəcəklər.
        Lakin dizayn mövzusunda bəzi fərqlər yenə də olacaq. Adi OPPO Find X8 modeli yastı ekran və gövdə dizaynını əldə edəcəyi halda OPPO Find X8 Pro modelinin ekranının kənar hissələri bir qədər əyilmiş dizaynda olacaq. Hər iki smartfonun arxa panelində dairəvi kamera sahəsi yerləşəcək. Adi OPPO Find X8 özündə üçlü arxa kameranı, OPPO Find X8 Pro modeli isə özündə dördlü arxa kameranı birləşdirəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Orta büdcəli OPPO K12 Plus smartfonu təqdim edilib - QİYMƏTİ
    orta-budceli-oppo-k12-plus-smartfonu-teqdim-edilib-qiymeti
    OPPO K12 Plus smartfonunun bəzi texniki imkanları rəsmi şəkildə açıqlanıb
    oppo-k12-plus-smartfonunun-bezi-texniki-imkanlari-resmi-sekilde-aciqlanib
    OPPO Find X8 Ultra-nın və qatlana bilən OPPO Find N5-in nə zaman təqdim olunacağı məlum olub
    oppo-find-x8-ultra-nin-ve-qatlana-bilen-oppo-find-n5-in-ne-zaman-teqdim-olunacagi-melum-olub
    OPPO Find X8 smartfon seriyasının təqdimatı rəsmi şəkildə anons edilib
    oppo-find-x8-smartfon-seriyasinin-teqdimati-resmi-sekilde-anons-edilib
    Təqdimata hazırlaşan OPPO Find X8 Pro-nun ön paneli rəsmi şəkildə sərgilənib
    teqdimata-hazirlasan-oppo-find-x8-pro-nun-on-paneli-resmi-sekilde-sergilenib