
Məşhur insayder qatlana bilən iPhone-nun gələn il təqdim olunacağını söyləyib
Cihazlar+
26.03.2025
Emil
Bloomberg-in məşhur insayderi Mark Gurman təsdiqləyib ki, Apple gələn il uzun müddətdir haqqında söz-söhbət gəzən ilk qatlana bilən iPhone modelini təqdim etməyi planlaşdırır. Onun sözlərinə görə, bu cihaz daha çox Samsung Galaxy Z Fold-a bənzəyəcək, - bu isə kitab formasında qatlanan form-faktor deməkdir. Gurman həmçinin bildirib ki, qatlana bilən iPhone-da bu il təqdim olunması gözlənilən ultranazik iPhone 17 Air modelində istifadə ediləcək texnologiyalar da olacaq.
iPhone 17 Air modeli Apple tarixindəki ən nazik iPhone olacaq - onun qalınlığı cəmi 5.5 mm təşkil etməlidir. Bu göstəriciyə nail olmaq üçün Apple mühəndisləri kamera və səsgücləndiricilərlə bağlı müəyyən güzəştlərə getməli olublar. Buna baxmayaraq, cihaz yüksək avtonomluq və iPhone-un bütün əsas funksiyalarını qoruyub saxlayacaq. Gözlənilir ki, iPhone 17 Air üzərində aparılan işlər Apple mühəndislərinə ultranazik gövdədə maksimum sayda komponent yerləşdirməyə kömək edəcək - bu isə qatlana bilən iPhone-un yaradılmasında kritik əhəmiyyət daşıyır.

Hələlik yeni modelin dizaynı və texniki xüsusiyyətləri barədə ətraflı məlumat yoxdur. Lakin Gurman-ın sözlərinə görə, qatlana bilən iPhone-un qiyməti təxminən 2000$ olacaq. Satışların əvvəlində cihazın əlçatanlığı məhdud olacaq, çünki belə cihazların istehsalı xeyli vaxt tələb edir. Əgər Apple-ın planları dəyişməz qalarsa, qatlana bilən iPhone modeli iPhone 18 seriyasına daxil ediləcək. Nüfuzlu analitik Ming-Chi Kuo-nun məlumatına əsasən, bu smartfon 5.5 düym ölçülü xarici və iPad mini-yə bənzər 7.8 düym ölçülü daxili ekrana sahib olacaq.
Mənbə: 9to5mac
Paylaş
Bənzər xəbərlər

Proqram Təminatı
Apple WWDC 2025 konfransının keçirilmə tarixlərini elan edib
Apple şirkəti tərtibatçılar üçün nəzərdə tutulmuş illik Worldwide Developers Conference (WWDC) konfransının tarixlərini açıqlayıb.

Cihazlar+
Avropa Birliyi heç bir girişə sahib olmayan iPhone-nun satışı üçün problem yaratmayacaq
Qeyri-rəsmi məlumatlara görə, Apple bu payızda tarixindəki ən incə smartfonu olacaq iPhone 17 Air modelini təqdim edəcək. Şirkət əvvəlcə bu cihazı tamamilə şarj girişi olmadan dizayn etməyi düşünürdü, lakin Avropa Birliyi ilə mümkün münaqişədən çəkinərək bu ideyadan imtina edib.

Proqram Təminatı
Süni zəkanın Siri-yə inteqrasiyasındakı problemlər Apple şirkətinə baha başa gələcək
Siri səsli köməkçisinin yenilənmiş versiyasının çıxışının daha 1 il gecikməsi Apple üçün ciddi maliyyə itkisinə səbəb ola bilər. iPhone satışlarının artımı yavaşlayır və süni zəkanın qlobal yüksəlişi dövründə geridə qalmaq investorlar tərəfindən bağışlanmayacaq.

Cihazlar+
Qatlana bilən iPhone-nun qiyməti iPhone 16 Pro Max-dan iki dəfə baha ola bilər
Birinci qatlana bilən iPhone-un ABŞ-da başlanğıc qiyməti təxminən 2300$ ola bilər. Barclays bankının analitiki Tim Long investorlara ünvanladığı qeyddə belə bir proqnoz verib.

Cihazlar+
Apple nazik gövdəli iPhone 17 Air-i bütün girişlərdən məhrum etməyi planlaşdırırdı
Apple bu ilin ikinci yarısında nazik gövdəli iPhone 17 Air smartfonunu təqdim etməlidir. Bu, iPhone 16 Plus-ı əvəz edəcək smartfon olmalıdır. Cihazın əsas xüsusiyyəti onun rekord dərəcədə nazik gövdəsi olacaq - cəmi 5.5 mm.
Ən çox oxunanlar

Okean axınları küləkdən 2.5 dəfə daha çox enerji generasiya edə bilirlər
