
Məşhur insayder qatlana bilən OnePlus Open-in yeni render fotolarını təqdim edib
OnLeaks ləqəbli məşhur insayder OnePlus şirkətinin ilk qatlana bilən smartfonu olacaq OnePlus Open barəsində məlumatları təqdim etməyə davam edir. Bu dəfə insayder sözügedən smartfonun final render fotolarını təqdim edib. Render fotolara əsasən OnePlus One smartfonu OPPO Find N2 və Google Pixel Fold form-faktoruna sahib olacaq. Smartfon özündə yastı kənar hissələri və süni dəri ilə örtülmüş arxa paneli birləşdirəcək.
Smartfonun arxa panelində kameraların yerləşəcəkləri böyük ölçülü dairəvi sahə mövcud olacaq. Bu arada kameralardan biri periskop kamera obyektivi olacaq. Əsas texniki göstəricilər baxımından OnePlus One smartfonu 7.8 düym daxili AMOLED ekran, 6.3 düym xarici AMOLED ekran, Snapdragon 8 Gen 2 prosessoru, 12 GB RAM, 256 GB daxili yaddaş həcmi və 67 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunmalıdır. Son məlumat sızıntılarına əsasən OnePlus öz ilk qatlana bilən smartfonunu ya bu ayın sonunda ya da gələn ayın əvvəlində təqdim edəcək.
Paylaş
Bənzər xəbərlər