
Məşhur insayder qatlana bilən OPPO Find N3 barəsində məlumatlar verib
Digital Chat Station ləqəbli məşhur insayder OPPO şirkətinin yeni qatlana bilən smartfonu olacaq Find N3-ün texniki özəllikləri barəsində məlumatlar verib. İnsayderin təqdim etmiş olduğu məlumatlara əsasən Find N3 əvvəlki model ilə müqayisədə kompakt ölçülü olmayacaq. İnsayder bildirib ki, yeni qatlana bilən smartfon maksimal dərəcə nazik olacaq. Lakin bununla belə onun əsas ekranının ölçüsü 8 düym təşkil edəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, Find N2 modelinin əsas ekranının ölçüsü 7.1 düym təşkil edir.
Bunun sayəsində o, digər qatlana bilən smartfonlardan daha kompaktdır. Digital Chat Station OPPO Find N3 barəsində digər məlumatları da təqdim edib. Onun sözlərinə əsasən smartfonun əsas ekranı 2440x2268 piksel keyfiyyətində olacaq və 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək. Bununla yanaşı smartfon Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq və 4805 mAh enerji tutumlu batareyaya sahib olacaq. Kameralara gəldikdə isə OPPO Find N3 özündə 50 MP + 48 MP + 32 MP üçlü arxa kameranı birləşdirəcək.
Smartfon iki ədəd ön kameraya sahib olacaq. Onlardan biri daxili əsas ekran, digəri isə xarici ekran üzərində yerləşəcək. Daxili ekran üzərindəki kamera 32 MP-lik, xarici ekran üzərindəki kamera isə 20 MP-lik olacaq. Böyük ehtimal ilə OPPO Find N3 yalnız Çin bazarında satışa çıxacaq və müəyyən müddətdən sonra onun kopyası OnePlus brendi altında qlobal bazar üçün təqdim ediləcək.
Paylaş
Bənzər xəbərlər