
Məşhur insayder qatlana bilən OPPO Find N3 smartfonunun render fotolarını təqdim edib
Digital Chat Station ləqəbli məşhur insayder OPPO şirkətinin növbəti qatlana bilən smartfonunun render fotolarını təqdim edib. Söhbət, OPPO Find N3-dən gedir. Fotolardan da görmək olar ki, OPPO Find N3 smartfonu iki ədəd ekran ilə təchiz olunacaq və smartfonun arxa panelində kameraları özündə birləşdirəcək dairəvi formalı sahə yerləşəcək. İnsayderin sözlərinə əsasən OPPO Find N3 smartfonu Snapdragon 8 Gen 2 prosessoru və 80 vatt gücündə sürətli şarj texnologiyalı 4800 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. OPPO-nun yeni qatlana bilən smartfonunun avqust ayında təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər