
Məşhur insayder qatlana bilən vivo X Fold 3 smartfon seriyası barəsində yeni məlumatları təqdim edib
Cihazlar+
16.02.2024
Emil
Vivo şirkəti qatlana bilən vivo X Fold 3 smartfon seriyası üzərində aktiv şəkildə çalışmağa davam edir. Bu seriyaya iki model daxil olacaq. Vivo X Fold 3 və X Fold 3 Pro. Digital Chat Station ləqəbli məşhur insayderin vermiş olduğu yeni məlumata əsasən vivo X Fold 3 smartfonları yüksək keyfiyyətli ekranları əldə edəcəklər. Lakin insayder ekranların hansı piksel keyfiyyətində olacaqları barəsində məlumat verməyib. Qeyd etmək lazımdır ki, hal-hazırda aktual olan vivo X Fold 2 modelinin daxili ekranı 2K keyfiyyətindədir. Bununla yanaşı insayder qeyd edib ki, sözügedən smartfonlar optik stabilizasiya özəlliyinə sahib 50 MP-lik əsas arxa kameranı əldə edəcəklər. Vivo X Fold 3 smartfonlarının 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasının dəstəyini əldə edəcəkləri də gözlənilir.
Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Vivo V30 Pro-nun təqdimatı anons edilib
Bir neçə həftə ərzində olmuş məlumat sızıntılarından sonra vivo şirkəti qlobal bazar üçün vivo V30 Pro smartfonunun təqdimatını anons edib.

Cihazlar+
Vivo V30 Pro Geekbench testlərindən keçib
Biraz əvvəl biz xəbər verdik ki, vivo şirkətinin hazırladığı vivo V30 Pro smartfonunun render fotoları ortaya çıxıb.

Cihazlar+
Vivo şirkəti vivo V30 Pro smartfonu üzərində çalışır
Vivo şirkəti keçən həftə büdcəli vivo V30 smartfonunu təqdim etdi. İndi isə şirkət onun daha təkmilləşdirilmiş versiyası üzərində çalışır.

Cihazlar+
Qatlana bilən vivo X Fold 3 smartfonu təqdimata hazırlaşır
Vivo şirkəti növbəti qatlana bilən smartfon seriyasının təqdimatına hazırlaşır. Söhbət, vivo X Fold 3 seriyasından gedir.

Cihazlar+
Orta büdcəli vivo V30 smartfonu təqdim edilib
Müəyyən müddət ərzində olmuş müxtəlif məlumat sızıntılarından sonra vivo şirkəti orta büdcəli vivo V30 smartfonunu təqdim edib.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
