Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları verib

Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları verib

Mobil Cihazlar
28.07.2021 PAYLAŞIM

    Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Məşhur hindistanlı insayder Mukul Sharma isə bu dəfə Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən Pro model iki məsələdə rekord göstəricilər əldə edəcək. Beləliklə insayderin verdiyi məlumatda qeyd edilib ki, adi Redmi K50 modeli 67 vatt gücündə, K50 Pro modeli isə 120 vatt gücündə sürətli şarj tenxologiyasını dəstəkləyəcək.

    Güman olunur ki, adi K50 modelinin arxa kameralarından ən əsası 48 MP-lik olacaq və o, 4 pikseli bir böyük pikselə birləşdirmək özəlliyni dəstəkləyəcək. K50 Pro-ya gəldikdə isə onun arxa kameralarından ən əsası 108 MP-lik olacaq. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pro model Snapdragon 859 (və ya başqa adı Snapdragon 898) prosessoru ilə təchiz olunacaq. Sözügedən smartfonların təqdimat tarixlərinə gəldikdə isə insayderlərin proqnozlarına əsasən bu, 2022-ci ilin birinci rübündə baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Galaxy S22 Ultra smartfonunda Galaxy Note seriyasının vacib özəlliyi reallaşdırı..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin yaxın gələcəkdə təqdim olunacaq flaqman smar..


Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Microsoft şirkəti qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib. Şirkət yeni modeldə əvvəlkini..


5G dəstəkli büdcəli Nokia G50 smartfonu təqdim olunub - QİYMƏTİ

Nokia brendi G50 adlı 5G dəstəkli smartfon modelini təqdim edib. Bu smartfon Nokia brendinin 5G dəst..


Apple 2 ədəd qatlana bilən iPhone üzərində çalışır

Ortaya çıxmış məlumata əsasən Apple şirkəti 2 ədəd qatlana bilən iPhone üzərində çalışır...


Apple gələn il hansı məhsulları ilə təəccübləndirəcək?

Bloomberg saytının jurnalisti Mark Gurman-ın sözlərinə əsasən Apple bu ilin sonuna kimi naqilsiz Air..


Google ilin sonuna kimi ilk qatlana bilən smartfonunu təqdim edə bilər

Məşhur insayder Evan Blass-ın verdiyi məlumata əsasən Google şirkəti öz ilk qatlana bilən smartfonun..

×