main-post-cover

    Məşhur insayder Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları verib

    Cihazlar+
    28.07.2021
    Emil Nəcəfov
        Redmi K50 smartfon seriyasının təqdimatına hələ aylarla zaman olmasına baxmayaraq internetdə onun barəsində məlumatlar ortaya çıxmağa davam edir. Məşhur hindistanlı insayder Mukul Sharma isə bu dəfə Redmi K50 və K50 Pro smartfonları barəsində bəzi məlumatları təqdim edib. Onun sözlərinə əsasən Pro model iki məsələdə rekord göstəricilər əldə edəcək. Beləliklə insayderin verdiyi məlumatda qeyd edilib ki, adi Redmi K50 modeli 67 vatt gücündə, K50 Pro modeli isə 120 vatt gücündə sürətli şarj tenxologiyasını dəstəkləyəcək.
        Güman olunur ki, adi K50 modelinin arxa kameralarından ən əsası 48 MP-lik olacaq və o, 4 pikseli bir böyük pikselə birləşdirmək özəlliyni dəstəkləyəcək. K50 Pro-ya gəldikdə isə onun arxa kameralarından ən əsası 108 MP-lik olacaq. Bundan əlavə olaraq bir sıra məlumatlara əsasən Pro model Snapdragon 859 (və ya başqa adı Snapdragon 898) prosessoru ilə təchiz olunacaq. Sözügedən smartfonların təqdimat tarixlərinə gəldikdə isə insayderlərin proqnozlarına əsasən bu, 2022-ci ilin birinci rübündə baş tutacaq.
    Linki kopyala