main-post-cover

    Məşhur insayder Redmi K60 smartfonu barəsində məlumatları təqdim edib

    Cihazlar+
    04.11.2022
    Farid Pardashunas
        Digital Chat Station ləqəbli məşhur insayder təqdimatı bir neçə ay sonra baş tutacaq Redmi K60 smartfonu barəsində məlumatlar verib. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, adi Redmi K60 modeli Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz olunacaq. Lakin Digital Chat Station ləqəbli insayderin verdiyi məlumata əsasən bu belə deyil. Onun sözlərinə əsasən adi Redmi K60 modeli MediaTek Dimensity 8200 prosessorunu əldə edəcək.
        Bununla yanaşı məlumatda qeyd edilib ki, adi Redmi K60 modeli QHD+ keyfiyyətli ekranı, optik stabilizasiyaya sahib 48 MP-lik əsas kameranı, 67 vatt gücündə sürətli naqilli və 30 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarını əldə edəcək. Redmi K60-ın təqdimatı gələn ilin əvvəlində baş tutacaq. Onun hansı qiymətə satılacağı bilinmir. Qeyd etmək lazımdır ki, MediaTek Dimensity 8100 prosessoruna sahib Redmi K50 smartfonu bu ilin mart ayında 330$-a satışa çıxmışdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər