
Məşhur insayder Redmi K70 barəsində yeni məlumatları təqdim edib
Redmi K70 smartfon seriyası barəsində ilk məlumatlar yaz fəslində ortaya çıxmışdı. Həmin məlumatlarda qeyd edilmişdi ki, bu seriyanın smartfonları Snapdragon 8 Gen 3 prosessoru və yastı ekranlar ilə təchiz olunacaqlar, o cümlədən plastik materialdan hazırlanmış çərçivələrə sahib olacaqlar. Digital Chat Station ləqəbli məşhur insayder isə öz növbəsində Redmi K70 smartfon seriyası barəsində yeni məlumatlarını təqdim edib.
Onun sözlərinə əsasən Redmi K70-in hal hazırda aktual olan prototipləri metal materialdan hazırlanmış çərçivələrə sahibdirlər. Üstəlik insayder bildirib ki, həmin prototiplərin arxa kameralar siyahısına telekamera da əlavə edilib. Qeyd etmək lazımdır ki, telekamera Redmi K seriyasının smartfonları arasında sonuncu dəfə Redmi K30 Pro-da istifadə edilmişdi. Məlumata əsasən söhbət, 3 qat optik zoom-a sahib telekameradan gedir. Lakin telekameranın sahib olduğu sensorun ölçüsü və markası barəsində heç bir mıəlumat verilməyib. Qeyd etmək lazımdır ki, Redmi K70 smartfon seriyasının ilin sonuna yaxın təqdim olunacağı gözlənilir.
Paylaş
Bənzər xəbərlər