Logo
    main-post-cover

    Məşhur insayder Redmi K70 Pro barəsində yeni məlumatları bölüşüb

    Cihazlar+
    21.07.2023
    Emil
        Bu ilin sonunda Xiaomi-nin Redmi brendi Redmi K70 smartfon seriyasını təqdim etməlidir. Bu smartfon seriyası barəsində məlumatlıar son zamanlarda tez-tez ortaya çıxır. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq Redmi K70 Pro barəsində yeni məlumatları bölüşüb. İnsayder bildirib ki, Redmi K70 Pro smartfonu 5200 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 100 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Bununla yanaşı insayder qeyd edib ki, smartfon özündə 50 MP-lik əsas arxa kameranı və 3 qat zoom-a sahib telekameranı birləşdirəcək. Daha öncəki məlumat sızıntılarına əsasən Redmi K70 Pro Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və maksimal dərəcədə nazik çərçivələrə sahib yastı ekran ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər