
Məşhur insayder Redmi K70 Pro-nun satış qiyməti barəsində məlumat verib
Cihazlar+
23.11.2023
Emil
Ice Universe ləqəbli məşhur insayder Redmi K70 Pro-nun qiyməti barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə Redmi bildirmişdi ki, Redmi K70 seriyasına Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq model daxil olacaq və o, Xiaomi 14-dən daha ucuz qiymətə satılacaq. Söhbət, Redmi K70 Pro-dan gedir. Lakin insayderin sözlərinə əsasən Redmi K70 Pro-nun 12 GB RAM-a və 256 GB daxili yaddaş həcminə sahib standart versiyasının qiyməti məhz Xiaomi 14-ün qiyməti səviyyəsində təşkil edəcək. Yəni söhbət, 545$ satış qiymətindən gedir.
Paylaş
Ən çox oxunanlar

Günəşə oxşar ulduzun ətrafında su kəşf edilib
