Logo
    main-post-cover

    Məşhur insayder Redmi K70 smartfon seriyası barəsində məlumatlar verib

    Cihazlar+
    19.06.2023
    Emil
        Qualcomm şirkəti Snapdragon 8 Gen 3 flaqman prosessorunu oktyabr ayının sonunda baş tutacaq Snapdragon Tech Summit 2023 tədbirində təqdim edəcək. Təqdimata hələ çox vaxtın olmasına baxmayaraq insayderlər sözügedən flaqman prosessoru əldə edəcək smartfonlar barəsində məlumat verməyə davam edirlər. Gözləntilərə əsasən Snapdragon 8 Gen 3 prosessoruna sahib ilk smartfonlar noyabr ayında təqdim olunacaq. Onlardan biri isə Xiaomi 14 smartfon seriyası olacaq. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən Redmi də bu siyahıya daxildir.
        İnsayder bildirib ki, Redmi K70 seriyasının smartfonları bu prosessoru əldə edəcəklər. Lakin dəqiq olaraq hansı Redmi K70 modellərinin Snapdragon 8 Gen 3 ilə təchiz olunacaqları bilinmir. Qeyd etmək lazımdır ki, Redmi K60 seriyasına 3 model daxildir və onlar özlərində müxtəlif prosessorları birləşdirirlər. Məsələn Redmi K60 modeli Snapdragon 8+ Gen 1, Redmi K60 Pro modeli Snapdragon 8 Gen 2 prosessoru, Redmi K60e modeli isə MediaTek Dimensity 8200 prosessoru ilə təchiz olunur. Burdan da belə qənaətə gəlmək olar ki, böyük ehtimal ilə Snapdragon 8 Gen 3 prosessorunu yalnız Redmi K70 Pro modeli əldə edəcək.
    Paylaş
    Bənzər xəbərlər