Logo
    main-post-cover

    Məşhur insayder Redmi Note 13 Pro+ smartfonunun bəzi texniki göstəricilərini açıqlayıb

    Cihazlar+
    10.08.2023
    Emil
        Xiaomi-nin Redmi brendi indiyənə kimi müxtəlif qiymət kateqoriyalarına aid olan çoxlu sayda smartfonu satışa çıxarıb. Lakin onlardan heç biri kənarları əyilmiş dizaynda reallaşdırılmış ekrana sahib olmayıb. Yaxın zamanda bu vəziyyət dəyişə bilər. Belə ki, verilmiş məlumata əsasən bu ilin payız fəslində təqdim ediləcək Redmi Note 13 smartfon seriyasına daxil olacaq Redmi Note 13 Pro+ modeli kənarları əyilmiş dizayna sahib ekran ilə təchiz oluna bilər. Digital Chat Station ləqəbli məşhur insayderin sözlərinə əsasən sözügedən smartfon 200 MP-lik əsas arxa kamera və 200 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.
    Paylaş
    Bənzər xəbərlər