Məşhur insayder Redmi Note 13 seriyasının 3 modelinin texniki göstəricilərini təqdim edib

Məşhur insayder Redmi Note 13 seriyasının 3 modelinin texniki göstəricilərini təqdim edib

Mobil Cihazlar
11.09.2023 PAYLAŞIM

    Xiaomi-nin Redmi brendinin yaxın həftələr ərzində Redmi Note 13 smartfon seriyasını təqdim edəcəyi gözlənilir. Təqdimat müddəti yaxınlaşdıqca bu smartfon seriyası barəsində daha çox məlumat ortaya çıxır. Redmi Note 13 seriyası barəsində növbəti məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən Redmi brendi minimum 3 ədəd Redmi Note 13 modelini təqdim edəcək. Onların hamısı 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.67 düym OLED ekranla təchiz olunacaqlar.

    Bundan əlavə olaraq smartfonlar özlərində 200 MP + 8 MP + 2 MP üçlü arxa kameranı birləşdirəcəklər. Smartfonlardakı ön kamera isə 16 MP təşkil edəcək. Məlumatda qeyd edilib ki, Redmi Note 13 modellərindən biri MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Digər iki model 67 vatt gücündə sürətli şarj texnologiyalı 5120 mAh enerji tutumlu batareyanı əldə edəcək və həmin iki modeldən biri Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq. Redmi Note 13 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.




DAHA ÇOX


Gələn il IP68 standartı üzrə sudan qorunan daha çox smartfon satışa çıxacaq..

Uzun illər ərzində IP68 standartı üzrə sudan qorunma özəlliyi Apple, Samsung və Sony smartfonlarında..


Huawei Mate 60 RS Ultimate Design smartfonunun ana platasının dəyişdirilməsi iPh..

Bir neçə gün bundan öncə Huawei şirkəti Mate 60 RS Ultimate Design adlı premium smartfonunu təqdim e..


Samsung Galaxy S23 FE-nin real fotosu ortaya çıxıb

Hələ təqdim edilməmiş Samsung Galaxy S23 FE smartfonunun real fotosu internetdə ortaya çıxıb...


iPhone 15 Pro-larda qızma problemi prosessorun zəiflədilməsi ilə aradan qaldırıl..

iPhone 15 Pro və iPhone 15 Pro Max smartfonlarının yüksək temperatura kimi qızmaları problemi artıq ..


Növbəti iPhone SE smartfonu iPhone 15-lərin özəlliklərini əldə edə bilər..

Macrumors saytı növbəti iPhone SE barəsində yeni məlumatları əldə edib.


Google Pixel 8 Pro-nun real fotoları və satış tarixi ortaya çıxıb

Dünən internetdə Google Pixel 8 smartfonlarının bütün texniki göstəriciləri ortaya çıxmışdı. İndi is..

×