Məşhur insayder: 'Samsung bu il Galaxy S23 FE-ni satışa çıxartmaya bilər'

Məşhur insayder: 'Samsung bu il Galaxy S23 FE-ni satışa çıxartmaya bilər'

Mobil Cihazlar
13.03.2023 PAYLAŞIM

    Son zamanlarda Samsung şirkətinin Galaxy S23 FE smartfon modeli barəsində bir xeyli məlumat ortaya çıxıb. Məsələn bir neçə müddət bundan öncə insayderlər bildirmişdilər ki, Galaxy S23 FE smartfonu bu ilin ikinci yarısında satışa çıxacaq. Lakin Roland Quandt adlı məşhur insayder bu məlumatı təkzib edib. Onun sözlərinə əsasən Samsung şirkəti ümumiyyətlə Galaxy S23 FE modelini bu il satışa çıxartmaya bilər. Roland Quandt-ın ümumilikdə hər dəfə doğru məlumatlar təqdim etdiyini nəzərə alsaq, Galaxy S23 FE-nin bu il təqdim edilməmə ehtimalı çox yüksəkdir. Bu məsələ ilə bağlı əlavə bir məlumat yoxdur. Ola bilsin ki, Samsung Galaxy S23 FE-ni gələn ilin əvvəlində satışa çıxartmağı planlaşdırır. Şirkətin ümumiyyətlə Galaxy S FE seriyasından imtina edəcəyi də istisna deyil. Daha öncə güman edilirdi ki, şirkət bu il Galaxy A74 əvəzinə Galaxy S23 FE-ni təqdim edəcək. Lakin nəticə etibarilə şirkət hər iki smartfondan da imtina edə bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotoları təqdim edilib

İnsayderlər iPhone 15 ilə iPhone 15 Pro-nun yeni CAD render fotolarını təqdim ediblər.


Samsung büdcəli smartfonlarının qutularına da şarj adapterini yerləşdirməkdən im..

7 il bundan öncə Apple şirkəti öz iPhone-larında naqilli qulaqlıqlar üçün nəzərdə tutulmuş 3.5 mm-li..


Honor yeni büdcəli Honor 70 Lite 5G smartfonunu təqdim edib - QİYMƏTİ

Honor şirkəti heç gözlənilmədən qobal bazar üçün Honor 70 Lite 5G adlı yeni büdcəli smartfonunu təqd..


iPhone 15 Pro Max mövcud olan bütün smartfonlar arasında ən nazik ekran çərçivəl..

Ice Universe ləqəbli məşhur insayder bu il təqdim ediləcək iPhone 15 smartfon seriyasının iPhone 15 ..


Redmi Note 12 4G-nin hansı prosessor vasitəsilə çalışacağı məlum olub

Xiaomi şirkəti 23 mart tarixində Redmi Note 12 smartfonlarının qlobal versiyalarını təqdim edəcək. ..


Xiaomi 13 Ultra-nın təqdimat tarixi ortaya çıxıb

Son məlumatlara əsasən Xiaomi gələn ay böyük təqdimat tədbiri keçirdəcək və həmin tədbirdə yeni məhs..

×