Logo
    main-post-cover

    Məşhur insayder Samsung Galaxy A24 barəsində yeni məlumatlar verib

    Cihazlar+
    19.04.2023
        Roland Quandt adlı məşhur insayder Samsung-un növbəti büdcəli smartfonu barəsində məlumatları təqdim edib. Söhbət, Samsung Galaxy A24-dən gedir. İnsayderin sözlərinə əsasən Galaxy A24 smartfonu 90 Hz-lik təsvir yenilənməsinə sahib Full HD+ keyfiyyətli 6.5 düym AMOLED ekran ilə təchiz olunacaq. Smartfon MediaTek Helio G99 prosessoru vasitəsilə çalışacaq və özündə 4 GB RAM-ı, 128 GB daxili yaddaş həcmini və 5000 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Kameralara gəldikdə isə Galaxy A24 smartfonu 50 MP + 5 MP + 2 MP üçlü arxa kameraya və 13 MP-lik ön kameraya sahib olacaq. Galaxy A24 yaxın zamanda təqdim olunmalıdır.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Məşhur insayder Samsung Galaxy A24 barəsində yeni məlumatlar verib | Technote