main-post-cover

    Məşhur insayder Samsung Galaxy A54 5G-nin keyfiyyətli render fotolarını təqdim edib

    Cihazlar+
    15.11.2022
    Farid Pardashunas
        OnLeaks ləqəbli məşhur insayder Samsung Galaxy A54 5G smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolardan belə qənaətə gəlmək olar ki, xarici görünüşcə Galaxy A54 5G modeli Galaxy S23-ə bənzəyəcək. Smartfon 6.4 düym ölçülü yastı ekran əldə edəcək və ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Məlumatda qeyd edilib ki, Galaxy A54 5G-nin ekranı həmçinin 120 Hz-lik təsvir yenilənməsini dəstəkləyəcək.
        Ekran növünə gəldikdə isə o, Ful HD+ keyfiyyətli AMOLED ekran olacaq. Smartfonun arxa panelində üç ədəd kamera obyektivi yerləşəcək. Fotolardan da görmək olar ki, kamera obyektivləri Galaxy S22-də olduğu kimi xüsusi sahənin daxilində yerləşməyəcəklər. Onlar birbaşa smartfon gövdəsinə inteqrasiya ediləcəklər. Galaxy A54 5G-nin digər texniki özəllikləri barəsində məlumat yoxdur. Lakin çox güman ki, sözügedən smartfon Samsung-un Exynos prosessoru vasitəsilə çalışacaq. Galaxy A54 5G-nin təqdimat tarixi barəsində heç bir məlumat verilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər