
Məşhur insayder Samsung Galaxy S24+ smartfonunun bəzi özəlliklərini açıqlayıb
Bugün Samsung Galaxy S24 smartfonlarının ilk rəsmi render fotoları təqdim edildi. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu seriyaya daxil olacaq Galaxy S24+ modelinin bəzi texniki özəlliklərini açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Galaxy S24+ smartfonu 2K keyfiyyətli 6.66 düym AMOLED ekranla təchiz olunacaq. Smartfonun RAM yaddaşı 12 GB-a kimi yüksələcək və onun çəkisi 195 qramm təşkil edəcək. İnsayderin sözlərinə əsasən Galaxy S24+ smartfonu 4900 mAh enerji tutumlu batareyaya sahib olacaq. Qeyd etmək lazımdır ki, Galaxy S24 smartfon seriyasının gələn ay təqdim olunacağı gözlənilir.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...