
Məşhur insayder Samsung Galaxy Z Fold 6-nın kameraları barəsində məlumat verib
Samsung şirkəti Galaxy Z Fold 5 ilə Z Flip 5-i hələ keçən ayın sonunda təqdim etdi. Sözügedən smartfonlar yenicə satışa çıxıblar. Lakin Ice Universe ləqəbli məşhur insayder artıq indidən Galaxy Z Fold 6-nın kameraları barəsində məlumat verib. Qeyd etmək lazımdır ki, Galaxy Z Fold 6-nın gələn ilin yay fəslində təqdim olunacağı gözlənilir.
İnsayderin sözlərinə əsasən Galaxy Z Fold 6 modeli Galaxy Z Fold 4 və Z Fold 5-in sahib olduqları kameraları əldə edəcək. Əgər bu məlumat həqiqəti əks etdirirsə, deməli Galaxy Z Fold 6 modeli 50 MP-lik əsas kameranı (f/1.8 diafraqma, optik stabilizasiya, Dual Pixel avtofokusu), 12 MP-lik ultragenişbucaqlı kameranı (f/2.2 diafraqma, 123 dərəcə bucaq əhatəsi) və 10 MP-lik telekameranı (f/2.4 diafraqma, optik stabilizasiya) əldə edəcək. İnsayder Galaxy Z Fold 6-nın ön kameraları barəsində heç bir məlumat verməyib.
Paylaş
Bənzər xəbərlər