
Məşhur insayder Samsung Galaxy Z Fold 6-nın yeni keyfiyyətli render fotolarını təqdim edib
Cihazlar+
28.02.2024
Emil
OnLeaks ləqəbli məşhur insayder SmartPrix saytı ilə birgə qatlana bilən Galaxy Z Fold 6 smartfonunun yeni keyfiyyətli render fotolarını təqdim edib. Təqdim edilmiş fotolarda smartfon Phantom Black gövdə rəngində əks olunub. Fotolardan da görmək olar ki, Galaxy Z Fold 6 modeli Galaxy S24 Ultra kimi düz bucaqlı gövdə dizaynını əldə edəcək. İnsayder bildirib ki, smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 7.2 düym daxili AMOLED ekranı və 6.2 düym xarici AMOLED ekranı əldə edəcək. Qeyd etmək lazımdır ki, keçən ilki Galaxy Z Fold 5 də eyni ölçülü ekranlara sahibdir. Galaxy Z Fold 6 həmçinin özündə üçlü arxa kameranı birləşdirəcək. Gözləntilərə əsasən sözügedən yeni qatlana bilən smartfon Snapdragon 8 Gen 3 for Galaxy prosessoru vasitəsilə çalışacaq. Galaxy Z Fold 6-nın Galaxy Z Flip 6 ilə birlikdə bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilir.



Paylaş
Bənzər xəbərlər

Cihazlar+
Samsung Galaxy Ring smart üzüyünün yeni təfərrüatları məlum olub
Samsung şirkəti MWC 2024 sərgisi çərçivəsində Galaxy Ring smart üzüyünü sərgilədi.

Cihazlar+
İnsayderlər Samsung Galaxy Z Fold 6-nın bəzi texniki göstəricilərini açıqlayıblar
İnsayderlər bu ilin ikinci yarısında təqdim olunacağı gözlənilən qatlana bilən Galaxy Z Fold 6 smartfonunun texniki imkanları barəsində növbəti məlumatları təqdim ediblər.

Cihazlar+
Samsung biləyə taxıla bilən smartfon konseptini sərgiləyib
Samsung şirkətinin Samsung Display şöbəsi MWC 2024 sərgisi çərçivəsində Cling Band adlı qeyri-adi smartfon konseptini sərgiləyib.

Cihazlar+
Məşhur insayder Samsung Galaxy A35 5G ilə A55 5G-nin nə zaman satışa çıxacaqlarını söyləyib
Roland Quandt adlı məşhur insayder Samsung-un satışlara hazırlaşan Galaxy A35 5G və Galaxy A55 5G smartfonlarının nə zaman satışa çıxacaqları barəsində məlumat verib.

Cihazlar+
Samsung Galaxy A55 5G-nin bəzi özəllikləri etibarlı mənbə vasitəsilə təsdiqlənib
Samsung şirkətinin təqdimata hazırlaşan Galaxy A55 smartfonu Google Play Console-da ortaya çıxıb.
Ən çox oxunanlar

iPhone 16e təqdim edilib - QİYMƏTİ
