Məşhur insayder təqdimata sayılı günlər qalmış Honor 90 ilə Honor 90 Pro-nun texniki göstəricilərini dəqiqləşdirib

Məşhur insayder təqdimata sayılı günlər qalmış Honor 90 ilə Honor 90 Pro-nun texniki göstəricilərini dəqiqləşdirib

Mobil Cihazlar
25.05.2023 PAYLAŞIM

    Honor şirkəti 29 may tarixində Honor 90 smartfon seriyasını təqdim edəcək. Yəni bu smartfon seriyasının təqdimatına sayılı günlər qalıb. Qeyd etmək lazımdır ki, seriyaya Honor 90 və Honor 90 Pro modelləri daxil olacaqlar. Digital Chat Station ləqəbli məşhur insayder isə təqdimata sayılı günlər qalmış bu smartfonların texniki özəllikləri barəsində məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən adi Honor 90 modeli 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K+ keyfiyyətli 6.7 düym OLED ekran ilə təchiz olunacaq. Ekranın kənar hissələri əyilmiş dizaynda reallaşdırılacaq.

    Honor 90 modeli Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışacaq və 200 MP-lik əsas arxa kameraya, 50 MP-lik ön kameraya və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyaya sahib olacaq. Honor 90 Pro-ya gəldikdə isə insayderin sözlərinə əsasən smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.78 düym OLED ekran ilə təchiz olunacaq. Onun Snapdragon 8+ Gen 1 prosessoru vasitəsilə çalışacağı və özündə ikili ön kamera ilə 90 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batyareyanı birləşdirəcəyi gözlənilir.




DAHA ÇOX


AnTuTu istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonla..

AnTuTu bençmarkı istifadəçilərin seçimləri əsasında may ayının ən yaxşı Android smartfonlarının reyt..


Xiaomi 13 Ultra-nın qlobal versiyasının satış tarixi ilə qiyməti məlum olub..

Xiaomi şirkəti aprel ayında Xiaomi 13 Ultra flaqman smartfonunu Çin bazarında təqdim etmişdi.


Xiaomi qatlana bilən qapaqlı smartfon üzərində çalışır

Çindən olan şirkətlər artıq müəyyən müddətdir ki, özlərinin qatlana bilən smartfonlarını istehsal ed..


Büdcəli Redmi 12 smartfonunun bəzi texniki özəllikləri təsdiqlənib

Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Xiaomi-nin Redmi brendi Avropa bazarında Red..


Samsung Galaxy F54 5G smartfonu təqdim edilib - QİYMƏTİ

Samsung şirkəti daha öncədən də söz verdiyi kimi bugün Hindistanda Galaxy F54 5G smartfonunu təqdim ..


Orta büdcəli OnePlus Nord N30 5G təqdim edilib - QİYMƏTİ

OnePlus şirkəti Nord seriyasının yeni modelini təqdim edib. Söhbət, OnePlus Nord N30 5G-dən gedir...

×