
Məşhur insayder vivo X200 Mini smartfonunun bəzi özəlliklərini açıqlayıb
Cihazlar+
21.08.2024
Emil
Vivo şirkəti yaxın aylar ərzində vivo X200 smartfon seriyasını təqdim etməlidir. Daha öncə güman olunurdu ki, bu smartfon seriyasına iki model daxil olacaq. Vivo X200 və vivo X200 Pro. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder bu smartfon seriyasına daxil olacaq üçüncü model barəsində məlumatları təqdim edib. Söhbət, vivo X200 Mini-dən gedir. Beləliklə insayderin sözlərinə əsasən vivo X200 Mini smartfonu MediaTek Dimensity 9400 prosessoru vasitəsilə çalışacaq və özündə yastı ekranı birləşdirəcək.
Güman olunur ki, smartfonun ekran ölçüsü 6.3 düym təşkil edəcək. Bununla yanaşı məlumatda qeyd edilib ki, smartfon böyük həcmli batareya ilə təchiz olunacaq. Vivo X200 Mini modeli Sony istehsalı olan kamera sensoruna sahib əsas arxa kameranı və 3 qat zoom dəstəkli periskop kameranı əldə etməlidir. Bütün bunlardan əlavə olaraq vivo X200 Mini ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı texnologiyası əvəzinə optik barmaq izi skanı texnologiyasına sahib olacaq.
Paylaş
Ən çox oxunanlar

REDMI Turbo 4 Pro subflaqman smartfonu təqdim olunub - QİYMƏTİ
