main-post-cover

    Məşhur insayder Xiaomi 13 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib

    Cihazlar+
    07.11.2022
    Farid Pardashunas
        OneLeaks ləqəbli məşhur insayder Xiaomi 13 smartfonunun keyfiyyətli render fotolarını təqdim edib. Qeyd etmək lazımdır ki, Xiaomi yaxın zamanda Xiaomi 13 smartfon seriyasının təqdimatını keçirdəcək. Təqdimat bu ay və ya gələn ay baş tuta bilər. Məlumata əsasən adi Xiaomi 13 modeli yastı ekran əldə edəcək və ekranın ölçüsü 6.2 düym təşkil edəcək. Ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşəcək. Təqdim edilmiş render fotolardan da görmək olar ki, arxa kameralar smartfon panelinin arxasındakı kvadrat sahənin daxilində yerləşəcəklər. Smartfon üçlü arxa kameranı və LED işqılandırma sistemini əldə edəcək. Xiaomi 13 modeli Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq. Smartfonun bu ilin sonuna kimi satışa çıxması istisna deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər