
Məşhur insayder Xiaomi 13-ün texniki özəllikləri barəsində məlumat verib
Cihazlar+
22.11.2022
Emil
Digital Chat Station ləqəbli məşhur insayder bu ayın sonuna kimi təqdim olunacağı gözlənilən Xiaomi 13 smartfonuun bəzi texniki özəllikləri barəsində məlumat verib. İlk olaraq məlum olan odur ki, Xiaomi 13 smartfonu Xaomi şirkətinin Snapdragon 8 Gen 2 prosessoru vasitəsilə çalışacaq ilk smartfonu olacaq. İnsayder qeyd edib ki, sözügedən smartfon həmçinin 2K keyfiyyətli ekranı və 120 vatt gücündə sürətli şarj texnologiyasını əldə edəcək.
Bununla yanaşı insayder Xiomi 13-ün əsas kamerası barəsində məlumatı da təqdim edib. Onun sözlərinə əsasən smartfon optik stabilizasiyaya sahib 50 MP-lik əsas arxa kamera ilə təchiz olunacaq. Söhbət, Sony IMX8 adlı yeni kamera obyektivindən gedir. Daha öncəki məlumat sızıntılarında qeyd edilmişdi ki, Xiaomi 13 özündə yastı ekranı birləşdirəcək və onun ölçüsü 6.36 düym təşkil edəcək. Batareya həcminə gəldikdə isə smartfonun ya 4500 ya da 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacağı güman edilir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
