
Məşhur insayder Xiaomi 14 barəsində yeni məlumatlar verib
İnternetdə Xiaomi 14 flaqman smartfonu barəsində məlumatlar ortaya çıxmağa davam edirlər. Bu dəfə yeni məlumatları Digital Chat Station ləqəbli məşhur insayder təqdim edib. İnsayder bildirib ki, Xiaomi 14 smartfonu Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və özündə 1 TB-a kimi daxili yaddaş həcmini birləşdirəcək. Müqayisə üçün qeyd etmək lazımdır ki, keçən ilki Xiaomi 13 smartfonu maksimum 512 GB daxili yaddaş ilə təchiz olunur.
Bununla yanaşı insayder qeyd edib ki, Xiaomi 14 modeli 4860 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq və 80 vatt gücündə sürətli şarj texnologiyasını dəstəkləyəcək. Daha öncəki məlumat sızıntılarında qeyd edilirdi ki, Xiaomi 14 üstəlik 50 MP-lik əsas arxa kameraya da sahib olacaq. Xiaomi 14 smartfon seriyasının dəqiq şəkildə nə zaman təqdim olunacağı bilinmir. Lakin Xiaomi öz əsas flaqman smartfonlarını adətən ilin sonuna yaxın təqdim edir.
Paylaş
Bənzər xəbərlər