main-post-cover

    Məşhur insayder Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun kameraları barəsində yeni məlumat verib

    Cihazlar+
    06.06.2023
    Emil Nəcəfov
        İnternetdə Xiaomi 14 ilə Xiaomi 14 Pro barəsində məlumatlar ortaya çıxmağa davam edir. Bu dəfə Digital Chat Station ləqəbli məşhur insayder bildirib ki, Xioami 14 ilə Xiaomi 14 Pro periskop kamera obyektivinə sahib olacaqlar. Adi Xiaomi 14 modeli 90 mm-lik fokus məsafəli 3.9 qat optik zoom-u, Xiaomi 14 Pro modeli isə 115 mm-lik fokus məsafəli 5 qat optik zoom-u dəstəkləyəcək. Hər iki smartfon üçlü arxa kamera ilə təchiz olunacaq. İnsayderin sözlərinə əsasən hər iki smartfonda əsas arxa kamera 50 MP-lik olmalıdır. Qeyd etmək lazımdır ki, bu ilin sonunda təqdim ediləcəyi gözlənilən Xiaomi 14 ilə Xiaomi 14 Pro-nun Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaqları və 120 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaqları güman edilir.
    Linki kopyala