main-post-cover

    Məşhur insayder Xiaomi 14 Pro-nun kameraları barəsində məlumat verib

    Cihazlar+
    27.09.2023
    Emil Nəcəfov
        Yaxın zamanda təqdim ediləcək Xiaomi 14 smartfon seriyasına daxil olacaq Xiaomi 14 Pro modeli Snapdragon 8 Gen 3 prosessoru ilə təchiz olunacaq ilk smartfon olmalıdır. Bunun baş verməsinə az müddət qalmasına baxmayaraq Digital Chat Station ləqəbli məşhur insayder sözügedən smartfon barəsində məlumatları təqdim etməyə davam edir.
        Bu dəfə insayder Xiaomi 14 Pro smartfonunun kameraları barəsində məlumat verib. Onun sözlərinə əsasən Xiaomi 14 Pro smartfonu üçlü arxa kamera ilə təchiz olunacaq. Hər bir kamera obyektivi isə 50 MP-lik olacaq. Bununla belə əsas obyektivin kamera sensoru dəyişkən diafraqmalı (f/1.4-f/4.0) olacaq. Üstəlik kamera sensorunun ölçüsü 1/1.28 düym təşkil edəcək. Bundan əlavə olaraq insayder bildirib ki, smartfon Quad HD+ keyfiyyətli AMOLED ekran ilə təchiz olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər