Logo
    main-post-cover

    Məşhur insayder Xiaomi 14 Ultra barəsində bəzi məlumatları təqdim edib

    Cihazlar+
    23.08.2023
    Emil
        Xiaomi şirkəti bu ilin sonunda Xiaomi 14 smartfon seriyasını, gələn ilin birinci yarısında isə Xiaomi 14 Ultra flaqman smartfonunu təqdim etməlidir. İndi isə Digital Chat Station ləqəbli məşhur insayder Xiaomi 14 Ultra barəsində yeni məlumatları təqdim edib. Beləliklə insayderin sözlərinə əsasən sözügedən smartfonun prototipləri 4 ədəd arxa kameraya sahibdirlər və kameralardan biri periskop kamera moduludur. Məlumatda qeyd edilib ki, onun əsasını 50 MP-lik hansısa kamera sensoru təşkil edir və o, 5 qat optik zoom ilə 120 qat rəqəmsal zoom-u dəstəkləyir. Başqa sözlə desək, Xiaomi 14 Ultra-nın prototiplərindəki bu kamera Xiaomi 13 Ultra-nın periskop kamerasına bənzəyir. Lakin heç istisna deyil ki, şirkət gələn ilki flaqman smartfonunda daha böyük ölçülü periskop kamera sensorundan istifadə etsin.
    Paylaş
    Bənzər xəbərlər