main-post-cover

    Məşhur insayder Xiaomi 14 Ultra-nın bəzi tenxiki imkanlarını açıqlayıb

    Cihazlar+
    07.12.2023
    Emil Nəcəfov
         Xiaomi şirkəti gələn il Xiaomi 14 Ultra smartfonunu təqdim etməlidir. Digital Chat Station ləqəbli məşhur insayder isə bu smartfion barəsində məlumatlar təqdim etməyə davam edir. İnsayderin sözlərinə əsasən Xiaomi 14 Ultra smartfonu özündə Sony LYT900 adlı 50 MP-lik əsas arxa kameranı birləşdirəcək. Kameranın diafraqma göstəricisi isə f/1.63 təşkil edəcək. İnsayder həmçinin bildirib ki, smartfon 90 vatt gücündə sürətli şarj texnologiyalı 5180 mAh enerji tutumlu batareyaya sahib olacaq. Bateraya üstəlik 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcək. Məlumatda qeyd edilib ki, Xiaomi 14 Ultra Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq və 12/16 GB RAM, 1 TB-a kimi daxili yaddaş həcmi ilə təchiz olunacaq. Xiaomi 14 Ultra-nın gələn ilin yaz fəslində təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Redmi Note 13 Pro+ smartfonunun qlobal versiyasının nə zaman təqdim olunacağı açıqlanıb
    redmi-note-13-pro-smartfonunun-qlobal-versiyasinin-ne-zaman-teqdim-olunacagi-aciqlanib
    Xiaomi daha iki avtomobil üzərində çalışır
    xiaomi-daha-iki-avtomobil-uzerinde-calisir
    Redmi 13C 5G smartfonu təqdim edilib - QİYMƏTİ
    redmi-13c-5g-smartfonu-te
    Redmi-nin bəzi smartfonları yaxın zamanda Wi-Fi 7 dəstəyini əldə edəcəklər
    redmi-nin-bezi-smartfonlari-yaxin-zamanda-wi-fi-7-desteyini-elde-edecekler
    Redmi Note 12 seriyasının iki modeli yaxın zamanda HyperOS-i əldə edəcəklər
    redmi-note-12-seriyasinin-iki-modeli-yaxin-zamanda-hyperos-i-elde-edecekler