Məşhur insayder Xiaomi 15-in əsas texniki imkanlarını açıqlayıb
Cihazlar+
12.06.2024
Emil Nəcəfov
Digital Chat Station ləqəbli məşhur insayder dünən Xiaomi 15 Pro-da olacaq kamera özəllikləri barəsində məlumat vermişdi. İndi isə həmin insayder adi Xiaomi 15-in əsas texniki imkanlarını bölüşüb. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi 15 smartfonu 1.5K keyfiyyətli 6.36 düym ölçülü LTPO OLED ekranı əldə edəcək və bununla yanaşı ekrana ultrasəs texnologiyası əsasında çalışan barmaq izi skanı inteqrasiya ediləcək.
Məlumatda qeyd edilib ki, smartfon oktyabr ayında təqdim ediləcək Snapdragon 8 Gen 4 flaqman prosessoru vasitəsilə çalışacaq. İnsayderin sözlərinə əsasən Xiaomi 15-in maksimal konfiqurasiyada versiyası 16 GB RAM-a və 1 TB-lıq daxili yaddaş həcminə sahib olacaq. Bununla yanaşı smartfonun 50 MP + 50 MP + 50 MP üçlü arxa kameranı əldə edəcəyi gözlənilir. Qeyd etmək lazımdır ki, Xiaomi 15 smartfon seriyasının payız fəslində təqdim olunacağı ehtimal edilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Qlobal bazarda Xiaomi 14 CIVI smartfonu təqdim edilib - QİYMƏTİ
Qlobal bazarda Xiaomi 14 CIVI smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi şirkəti daha öncə də söz vermiş olduğu kimi Hindistanda Xiaomi 14 CIVI smartfonunu təqdim edib. Bu, mart ayında Çində təqdim edilmiş Xiaomi CIVI 4 Pro smartfonunun qlobal bazar üçün nəzərdən tutulmuş versiyasıdır.
Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar
Xiaomi 15 Pro-nun kameraları barəsində yeni məlumatlar ortaya çıxıblar
Xiaomi şirkəti payız fəslində Xiaomi 15 smartfon seriyasını təqdim edəcək. Bu seriyaya minimum iki model daxil olacaq. Xiaomi 15 və Xiaomi 15 Pro.
POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
POCO M6 smartfonu təqdim edilib - QİYMƏTİ
Xiaomi-nin POCO brendi qlobal bazarda yeni smartfonunu təqdim edib. Söhbət, POCO M6-dan gedir. POCO-nun bu yeni büdcəli smartfonu bir neçə gün bundan öncə Çində təqdim edilmiş Redmi 13 4G-nin kopyasıdır.
POCO M6-nın təqdimatı anons edilib
POCO M6-nın təqdimatı anons edilib
Xiaomi-nin POCO brendi özünün POCO M seriyasının yeni smartfonunun təqdimatını anons edib. Söhbət, POCO M6-dan gedir.
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, insanabənzər robotunu istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır!
Xiaomi, gələcəkdə özünün insanabənzər robotu CyberOne-u istehsal proseslərinə inteqrasiya etməyi planlaşdırır. O, robotlardan elektronika, maşınqayırma, süni intellekt və avtomobil kimi müxtəlif sektorlarda istifadə etməyi düşünür.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!