Məşhur insayder Xiaomi Mi 12 barəsində yeni məlumatlar verib

Məşhur insayder Xiaomi Mi 12 barəsində yeni məlumatlar verib

Mobil Cihazlar
12.07.2021 PAYLAŞIM

    Digital Chat Station ləqəbli məşhur çinli insayder Xiaomi-nin növbəti flaqman smartfonu olacaq Mi 12 barəsində yeni məlumatlar verib. İnsayderin verdiyi məlumatlara inansaq, Mi 12 smartfonu bazardakı ən performanslı prosessoru və təkmilləşdirilmiş kameraları əldə edəcək. Beləliklə insayderin verdiyi məlumatda qeyd edilib ki, Mi 12 smartfonu Snapdragon 895 prosessorunu əldə edəcək ilk smartfon olacaq. Bundan əlavə olaraq flaqman modelin daha bir özəlliyi ondan barət olacaq ki, onun arxa kameralarından ən əsası 200 MP-lik olacaq.

    İnsayderin sözlərinə əsasən bu cür kamera sayəsində 16 pikseli bir böyük pikseldə birləşdirmək mümkün olacaq. Bununla yanaşı Mi 12 modeli 1 Hz-dən 120 Hz-ə kimi təsvir yenilənməsinə sahib LTPO ekran əldə etməlidir. Bu isə öz növbəsində smartfonun istifadə senarisindən asılı olaraq ekrandakı təsvirin hamarlıq səviyyəsi ilə sərf olunan enerji arasındakı balansı təmin edəcək. Mi 12 smartfonu 120 vatt gücündə sürətli naqilli və 100 vatt gücündə sürətli naqilsiz şarj texnologiyalarının dəstəklərini əldə edə bilər. Gözləntilərə əsasən Mi 12-nin təqdimatı bu ilin dekabr ayında baş tutacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi 12 Ultra flaqman smartfonunun texniki özəllikləri ilə satış qiymətləri or..

Xiaomi şirkətinin hələ təqdim edilməmiş yeni flaqman smartfonu Xiaomi 12 Ultra-nın texniki özəlliklə..


Qatlana bilən Galaxy Z Fold 4 flaqman smartfonunun kameraları barəsində məlumatl..

Ice Universe ləqəbli məşhur insayder Samsung şirkətinin hələ təqdim edilməmiş yeni qatlana bilən sma..


Bloomberg: 'Apple USB Type-C girişinə sahib iPhone modellərini artıq test etməyə..

Keçən həftə məşhur analitik Ming-Chi Kuo bildirmişdi ki, Apple şirkəti gələn ilki iPhone modellərind..


Google Pixel 6a smartfonu və naqilsiz Pixel Buds Pro qulaqlıqları təqdim olunub ..

Google şirkəti I/O 2022 konfransı çərçivəsində Pixel ailəsinin yeni məhsullarını təqdim edib...


Sony orta səviyyəli Xperia 10 IV smartfonunu təqdim edib - QİYMƏTİ

Dünən Sony şirkəti Xperia 1 IV adlı yeni flaqman smartfon modelini təqdim etmişdi. İndi isə şirkət o..

×