
Məşhur insayder Xiaomi MIX Flip 2-in nə zaman təqdim olunacağını açıqlayıb
Cihazlar+
27.05.2025
Emil
Digital Chat Station ləqəbli məşhur insayder hələ təqdim olunmamış qatlana bilən qapaqlı Xiaomi MIX Flip 2 smartfonu barəsində yeni hesabatını təqdim edib. Bununla yanaşı insayder sözügedən yeni smartfonunun nə zaman təqdim olunacağını da açıqlayıb. Beləliklə insayderin sözlərinə əsasən Xiaomi MIX Flip 2 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1.5K keyfiyyətli 6.85 düym ölçülü daxili OLED ekranla təchiz olunacaq. Smartfon Snapdragon 8 Elite prosessoru vasitəsilə çalışacaq. İnsayderin sözlərinə inansaq, Xiaomi MIX Flip 2 özündə 50 MP + 50 MP ikili arxa kameranı və 67 vatt gücündə sürətli şarj texnologiyalı 5100 mAh enerji tutumlu batareyanı birləşdirəcək. Üstəlik smartfonun 50 vatt gücündə sürətli naqilsiz şarj texnologiyasını dəstəkləyəcəyi gözlənilir. İnsayder bildirib ki, Xiaomi MIX Flip 2 smartfonu iyul ayında təqdim olunacaq.

Paylaş
Ən çox oxunanlar

Honor 400 və Honor 400 Pro təqdim olunub - QİYMƏTİ
