main-post-cover

    Məşhur insyader Galaxy S24 Ultra-nın növbəti render fotolarını təqdim edib

    Cihazlar+
    14.11.2023
    Emil Nəcəfov
         Yaxın aylar ərzində Samsung şirkəti Galaxy S24 smartfon seriyasını təqdim etməlidir. Ice Universe ləqəbli məşhur insayder öz növbəsində bu seriyaya daxil olacaq Galaxy S24 Ultra modelinin yeni keyfiyyətli render fotolarını təqdim edib. İnsayder bildirib ki, onun təqdim etmiş olduğu render fotolar reallığa daha çox yaxın fotolardır. Render fotolardan da görmək olar ki, Galaxy S24 Ultra-nın xarici görünüşündə heç bir dəyişiklik olmayacaq və o, Galaxy S23 Ultra-ya bənzəyəcək.
         Galaxy S23 Ultra kimi Galaxy S24 Ultra da düzbucaq formalı gövdəni və iti gövdə künclərini əldə edəcək. Ön kamera və arxa kameralar da Galaxy S23 Ultra-da olduğu kimi yerləşəcəklər. Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Galaxy S24 Ultra həmçinin titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni də əldə edəcək. Galaxy S24 smartfon seriyasının yanvar ayında təqdim olunacağı gözlənilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Samsung Galaxy Fit 3 smart qolbağının render fotoları ortaya çıxıb
    samsung-galaxy-fit-3-smart-qolbaginin-render-fotolari-ortaya-cixib
    Samsung birinci nəsil Galaxy Fold-un dəstəyini dayandırıb
    samsung-birinci-ne
    Samsung-un büdcəli qatlana bilən smartfonunun mümkün satış qiyməti açıqlanıb
    samsung-un-budceli-qatlana-bilen-smartfonunun-mumkun-satis-qiymeti-aciqlanib
    Samsung Gauss adlı generativ süni zəka sistemini təqdim edib
    samsung-gauss-adli-generativ-suni-zeka-sistemini-teqdim-edib
    Samsung yeni S Pen stilusunu təqdim edib - QİYMƏTİ
    samsung-yeni-s-pen-stilusunu-teqdim-edib-qiymeti