
Meta, bu il yeni AR eynəklərini təqdim edəcək!
Cihazlar+
23.07.2024
Aslan
Meta Ray Ban eynəklərinin davamı olduğu düşünülən yeni AR eynəkləri peyda olub. CEO Mark Zuckerberg, yeni eynəklərin bu il təqdim ediləcəyini təsdiqləyib.
Meta-nın Ray-Ban ağıllı eynəkləri, hazırda bazarda ən funksional ağıllı eynəkdir. Lakin yeni məhsulun bu markadan istifadə edib-etməyəcəyi hələlik bəlli deyil. Bununla belə, CEO Mark Zuckerberg, yeni eynəklərin bu il gələcəyini təsdiqləyib. Hələlik yeni eynək haqqında bildiyimiz tək şey aşağıdakı bulanıq fotodur. Zuckerberg, şəkildə göstərilən ağıllı eynəyin yeni Meta smart eynəyi olduğunu birbaşa təsdiqləməsə də, inkar da etməyib. Meta şirkətinin sentyabrın 25-də keçiriləcək illik Meta Connect konfransında yeni AR ağıllı eynəyini də təqdim edəcəyi gözlənilir. Şirkət, keçən il eyni tədbirdə Ray-Ban Meta eynəklərini təqdim etmişdi.

Digər tərəfdən, əsas sual yeni eynəklərin Ray Ban brendini qoruyub-qorumuyacağıdır. Hələlik dəqiq bir məlumat olmasa da, son həftələrdə markanın tərk edilə biləcəyi gündəmə gətirilib. Meta-nın yeni cihazda hansı xüsusiyyətləri təqdim edəcəyi də bəlli deyil. Fotoda yeni eynəklərin (ehtimal ki, prototip cihazıdır) daha qalın çərçivələrə və daha həcmli struktura malik olduğunu görmək olar. Hazırkı Ray-Ban Meta eynəkləri ənənəvi eynəklərə bənzəyir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
