Logo
    main-post-cover

    Meta EMG texnologiyasını genişləndirir

    Cihazlar+
    06.01.2026
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta uzun illərdir EMG (elektromioqrafiya) texnologiyası üzərində işləyir. Bu texnologiya biləkdəki çox zəif əzələ hərəkətlərini oxuyaraq istifadəçinin niyyətini anlayır. 2025-ci ildə Meta bu texnologiyanı ilk dəfə kommersiya məhsuluna çevirərək Meta Ray-Ban Display ağıllı eynəklərində təqdim etmişdi. İstifadəçilər eynəkləri xüsusi “neural band” adlı biləklik vasitəsilə idarə edirdilər.
    Meta Details EMG Wristband Gestures You'll Use To Control Its HUD & AR  Glasses
        CES 2026 sərgisində isə Meta bu biləkliyin artıq təkcə AR eynəklərlə məhdudlaşmadığını göstərdi. Şirkət Garmin və bir sıra elmi tərəfdaşlarla birlikdə EMG əsaslı idarəetmənin fərqli cihazlarda necə istifadə oluna biləcəyini nümayiş etdirdi. Meta eyni zamanda University of Utah ilə yeni tədqiqat əməkdaşlığını da elan edib. Bu layihə ALS, əzələ distrofiyası və əllərin hərəkətini məhdudlaşdıran digər xəstəlikləri olan insanlar üçün EMG biləkliyinin imkanlarını araşdıracaq. Məqsəd bu şəxslərin ağıllı ev cihazlarını, səsucaldanlar, pərdələr, termostatlar, qıfıllar və digər sistemləri əllərini tərpətmədən, yalnız bilək əzələlərinin siqnalları ilə idarə edə bilməsidir. Meta bildirir ki, neural band o qədər həssasdır ki, hətta əllərini hərəkət etdirə bilməyən insanlarda belə biləkdəki zəif əzələ aktivliyini aşkar edə bilir.
    Paylaş
    Bənzər xəbərlər