Logo
    main-post-cover

    Meta ilk dəfə ağıllı eynəklərdə trade-in endirimi tətbiq edir

    Cihazlar+
    25.11.2025
    Sevinc
        Technote.az "The Verge" platformasına istinadən bildirir ki, Meta ilk dəfə ağıllı eynək istifadəçiləri üçün “trade-in” endirim proqramına start verib. Pilot proqram 31 dekabr tarixinədək davam edəcək və yalnız Meta-nın rəsmi saytından alış zamanı tətbiq olunur. Şirkətin hüquqi səhifəsində qeyd olunduğuna görə, endirim Ray-Ban Meta Gen 1, Ray-Ban Meta Gen 2, Oakley Meta HSTN və Oakley Meta Vanguard modellərinə şamil edilir. Lakin Meta Ray-Ban Display modeli, eləcə də limitli və yenilənmiş eynəklər siyahıya daxil deyil.
        Meta yalnız köhnə nəsil Ray-Ban Meta eynəklərini deyil, müəyyən qulaqlıq modellərini də təhvil alaraq endirim təqdim edir. Proqrama uyğun olan qulaqlıqlar bunlardır:
        •    Apple AirPods Pro 2
        •    Apple AirPods Pro
        •    Apple AirPods Pro 4*
        •    Beats Powerbeats Pro 2
        •    Beats Studio Buds+
        •    Beats Fit Pro
        •    Samsung Galaxy Buds3
        •    Samsung Galaxy Buds3 Pro
        •    Samsung Galaxy Buds3 FE
        Hazırda bazarda “AirPods Pro 4” adlı model mövcud deyil, Meta-nın bununla hansı qulaqlığı nəzərdə tutduğu məlum deyil. Təhvil-təslim endirimini əldə etmək üçün istifadəçi Meta-nın saytında uyğun modeli səbətə əlavə etməli və alış səbətində təklif pəncərəsinin görünməsini gözləməlidir. Bəzi Reddit istifadəçiləri təklifin yalnız brauzer dəyişəndən sonra göründüyünü bildiriblər.
        Endirim məbləği cihazın növü və vəziyyətindən asılı olaraq dəyişir, lakin maksimum 113 dollaradək endirim mümkündür. Bu məbləğ Ray-Ban Meta Gen 2 modelinin 379 dollarlıq qiymətinə nəzərəçarpacaq təsir edir. 
    Paylaş