Logo
    main-post-cover

    Meta "metaverse" büdcəsini gələn il 30 faizədək azalda bilər

    Cihazlar+
    05.12.2025
    Sevinc
        Bloomberg-in məlumatına görə, Meta 2025-ci ildə metaverse layihələrinə ayırdığı büdcəni 30 faizədək azaltmağı nəzərdən keçirir. Qərar hələ yekunlaşdırılmasa da, şirkətin Quest VR qulaqlıqları və Horizon Worlds platforması üzərində çalışan Reality Labs bölməsinə birbaşa təsir göstərə bilər.
    Meta eyes big cuts to its metaverse budget in the AI era
        Meta son illərdə metaverse vizyonunu reallaşdırmaq üçün milyardlarla dollar sərmayə qoyub və bu məqsədlə Facebook adını dəyişərək yeni strategiya kursuna keçmişdi. Lakin son aylarda Mark Zuckerberg şirkətin prioritetlərini dəyişərək əsas diqqəti süni intellektin inkişafına yönəldib. Bununla bağlı Meta yüksək səviyyəli yeni işçilər cəlb edir. Son olaraq Apple-ın keçmiş UI dizayneri Alan Dye şirkətə qoşulub və interfeyslər üçün “avadanlıq, proqram təminatı və AI inteqrasiyasına” rəhbərlik edəcək.
        Bloomberg yazır ki, Zuckerberg illik büdcə planlaması çərçivəsində bütün bölmələrdən 10 faiz qənaət yollarını tapmağı tələb edib. Amma Reality Labs "metaverse" layihələrinin toplandığı əsas bölmə üçün əlavə olaraq daha böyük kəsintilər istəyib. Səbəb isə gözlənilən rəqabətin sənayedə baş verməməsi və metaverse texnologiyasına marağın əvvəlki qədər güclü olmaması kimi göstərilir. Maliyyə rəqəmləri isə vəziyyəti daha da aydın göstərir: Bloomberg-in hesablamalarına görə, 2021-ci ildən bəri Reality Labs bölməsi 70 milyard dollardan çox zərər edib və Meta-nın son maliyyə hesabatı da bölmənin hələ də ciddi maliyyə itkisi ilə üzləşdiyini göstərir.
    Paylaş