Meta şirkəti beyin siqnallarını qəbul edə biləcək smart qolbaq üzərində çalışır
Cihazlar+
22.04.2024
Farid
Meta şirkətinin CEO-su Mark Zuckerberg bildirib ki, şirkət cihazları beyin siqnalları vasitəsilə idarə etməyə imkan verəcək texnologiya üzərində çalışır və bu layihədə bir xeyli irəliləyib. Məlumata əsasən Elon Musk-ın Neuralink şirkətinin beyin çiplərindən fərqli olaraq Meta-nın texnologiyasını tibbi əməliyyat vasitəsilə beyinə implantasiya etmək lazım gəlməyəcək. Zuckerberg bildirib ki, söhbət, smart qolbaqdan gedir.
Zuckerberg-in sözlərinə əsasən şirkətin hazırladığı smart qolbaq beyindən ələ ötürülən neyron siqnallarının interpretasiyası və həmin siqnalların cihaz üçün nəzərdə tutulmuş əmrlərə çevrilməsi yolunda elektromioqrafiyadan istifadə edəcək. Zuckerberg bildirib ki, bu texnologiya böyük potensiala sahibdir və şirkət hələ onun ilkin hazırlanma mərhələsindədir. Daha öncə isə Zuckerberg bildirmişdi ki, futuristik neyron cihaz yaxın bir neçə il ərzində istehlakçı məhsuluna çevrilə bilər.
Paylaş
Bənzər xəbərlər
Sosial Media
WhatsApp-da süni zəka əsaslı çat-bot test olunur
Biraz əvvəl biz xəbər verdik ki, Meta şirkəti Instagram-da Meta AI adlı süni zəka əsaslı çat-botunu test etməyə başlayıb. İndi isə məlum olub ki, şirkət eyni çat-botunu həmçinin WhatsApp-da da test edir.
Sosial Media
Instagram-da süni zəka əsaslı çat-botun testinə start verilib
Meta şirkəti süni zəka sahəsindəki texnologiyalarını tədricən öz sosial platformalarına inteqrasiya edir.
Sosial Media
Instagram yeniyetmələri intim mövzuda maliyyə dələduzluqlarından qoruyacaq
Meta şirkəti yaxın zamanda Instagram-da yeni təhlükəsizlik funksiyasını işə salacaq. İşə düşəcək yeni təhlükəsizlik funksiyası Instagram-da yeniyetmələrin seksual kotentlər əsasında maliyyə dələduzluqlarından qorunmasına hədəflənəcək.
Tech-Biznes
Instagram reklam biznesində YouTube-dan daha çox gəlir əldə edir
Meta şirkəti ABŞ Federal Ticarət Komissiyasının (FTC) şirkətə qarşı olan antimonopoliya məhkəmə iddiasının ləğv edilməsi istiqamətində bu həftə federal məhkəməyə xahiş sorğusu göndərib.
Sosial Media
Facebook-un mobil versiyasında yeni video player istifadəyə veriləcək
Meta şirkəti Facebook-un mobil versiyası üçün yeni video player-i anons edib.
Ən çox oxunanlar