Logo
    main-post-cover

    Meta strategiya dəyişir: Horizon Worlds mobil platformaya çevrilir

    Cihazlar+
    20.02.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Meta metaverse strategiyasında mühüm dəyişiklik edib. Şirkətə məxsus olan və metavers-in əsas platforması sayılan Horizon Worlds, artıq rəsmi şəkildə Meta Quest VR ekosistemindən ayrılır və əsas diqqət mobil platformaya yönəldilir.
        Bu barədə Meta-nın Reality Labs bölməsinin məzmun üzrə vitse-prezidenti Samantha Ryan rəsmi bloq paylaşımında məlumat verib. Onun sözlərinə görə, Quest VR platforması ilə Worlds platformasının ayrılması hər iki məhsulun daha müstəqil və effektiv inkişafına imkan verəcək. Meta uzun müddətdir Horizon Worlds-in mobil və veb versiyaları üzərində paralel işləyirdi. İndi isə şirkət Worlds-i demək olar ki, tamamilə mobil yönümlü platformaya çevirir. Bu qərar VR həvəskarları üçün müsbət siqnal olmasa da, biznes baxımından daha geniş auditoriyaya çıxış imkanı yaradır. Xüsusilə də platforma artıq Roblox və Fortnite kimi istifadəçi tərəfindən yaradılan və monetizasiya olunan virtual dünyalarla daha birbaşa rəqabət aparacaq.
        Meta hesab edir ki, mobil fokus sayəsində Horizon Worlds şirkətin sosial şəbəkələrində mövcud olan milyardlarla istifadəçiyə daha rahat inteqrasiya edilə bilər və bu, platformanın miqyaslanmasını asanlaşdırar.
    Paylaş