Meta üçüncü tərəf VR headset proqramını dayandırıb
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Meta üçüncü tərəf VR cihaz istehsalçıları üçün nəzərdə tutulmuş Horizon OS lisenziyalaşdırma proqramını müvəqqəti dayandırıb. Bu barədə ilk olaraq Road to VR məlumat yayıb.
Qeyd edək ki, proqram 2024-cü ilin aprelində elan edilmişdi. Meta bu çərçivədə Quest OS adlı VR əməliyyat sistemini sonradan Horizon OS adlandırılmışdı. Lenovo və Asus kimi şirkətlərə lisenziyalaşdıraraq, onların Meta platforması əsasında öz VR headset-lərini istehsal etməsinə imkan yaratmaq istəyirdi. Şirkət həmin vaxt bunun istehlakçılar üçün daha çox seçim, tərtibatçılar üçün isə daha geniş ekosistem yaradacağını bildirmişdi. Mark Zuckerberg isə məqsədin metaverse, ağıllı eynəklər və headset-lər vasitəsilə açıq modelə əsaslanan yeni nəsil hesablama platforması qurmaq olduğunu demişdi.
Lakin hazırda Meta bu proqramı öz əsas (first-party) cihaz və proqram təminatlarına fokuslanmaq üçün dayandırır. Şirkətin sözçüsü Johanna Peace The Verge-ə açıqlamasında bildirib ki, Meta VR bazarını irəli aparmaq üçün dünya səviyyəli öz hardware və software həllərini inkişaf etdirməyə üstünlük verir və gələcəkdə bazar formalaşdıqca üçüncü tərəf tərəfdaşlıqlarını yenidən nəzərdən keçirəcək.
Paylaş