Logo
    main-post-cover

    Mexaniki klaviaturalarda nostalji trendi: 8BitDo Retro C64 nələr vəd edir?

    Cihazlar+
    20.01.2026
    Ilhama
        Mexaniki klaviaturalar artıq təkcə yazı yazmaq üçün alət deyil, dizayn, hissiyat və funksionallıq da ən az sürət qədər önəmlidir. Məhz bu nöqtədə 8BitDo Retro Mechanical Keyboard C64 Edition fərqlənməyi bacarır. Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, bu model klassik Commodore 64 kompüterinin dizaynından ilhamlanaraq hazırlanıb və retro texnologiya həvəskarlarını birbaşa 1980-ci illərə aparır. Eyni zamanda, müasir istifadəçilər üçün vacib olan bir çox funksiyanı da özündə birləşdirir.
    Retro-style 8BitDo keyboard close-up showing function keys, escape key, wireless and star buttons, round volume and mode knobs, on a blue desk mat with coiled cable above.
        Klaviatura 87 düymədən ibarətdir və tam hotswap dəstəyinə malikdir. Standart olaraq Kailh Box White v2 mexaniki switch-lərlə təchiz olunub və üzərində double-shot ABS düymələr yerləşir. Bu isə həm uzunömürlülük, həm də oxunaqlılıq baxımından üstünlükdür.
        Bağlantı tərəfdə seçim boldur:
    • Bluetooth
    • USB-A simsiz dongle
    • USB-C kabel bağlantısı
        Klaviaturada ayrıca səs tənzimləmə düyməsi, rejim dəyişdirmə üçün fırlanan mexanizm və üç proqramlana bilən qısa yol düyməsi mövcuddur. Bundan əlavə, N-key rollover dəstəyi sayəsində eyni anda bütün düymələr problemsiz tanınır. Qutudan çıxan əlavə “Super Button” və “Super Stick” isə retro arcade ruhunu tamamlayır və istifadəçi tərəfindən istənilən funksiyaya təyin edilə bilər.

     

    Paylaş