Reklam
Mi Mix 4-ün satışları 1 dəqiqə ərzində Xiaomi-yə 46.307.000 dollar gəlir gətirib

Mi Mix 4-ün satışları 1 dəqiqə ərzində Xiaomi-yə 46.307.000 dollar gəlir gətirib

Mobil Cihazlar
16.08.2021 PAYLAŞIM

    Bugün Xiaomi Mi Mix 4-ün satışlarına start verilib və şirkət bu münasibətlə maraqlı statistikanı təqdim edib. Belə ki, Mi Mix 4-ün ilk partiyası 1 dəqiqə ərzində tamamilə satılıb. Xiaomi-nin yeni Mi Pad 5 planşeti də diqqət çəkən satış göstəriciləri sərgiləyib. Məlumata əsasən Xiaomi şirkəti Mi Mix 4-ün ilk partiyasının satılması nəticəsində 46.307.000 dollar vəsait əldə edib. Satılmış smartfonların ümumi sayı qeyd edilməsə də Mi Mix 4-ün pərakəndə satış qiymətini nəzərə almaqla güman etmək olar ki, söhbət, 50.000 ədəd satılmış smartfondan gedir. Mi Pad 5 planşetinə gəldikdə isə Xiaomi bildirib ki, 5 dəqiqə ərzində 200.000 ədəd planşet satılıb.

    Xiaomi həmçinin böyük olmayan Mi Mix 4 partiyasına görə üzr istəyib. Belə ki, şirkət öncədən smartfonun yüksək templə satılacağını proqnozlaşdırsa da yetəri qədər smartfon istehsal edə bilməyib. Əsas problem Snapdragon 888+ prosessorununun çatışmazlığındadır. Bundan əlavə olaraq smartfonun keramik materialdan olan gövdəsinin hazırlanmasının qəlizliyi də istehsalat prosesində problemlər yaradıb. Mi Pad 5 planşetinin çatışmazlığı hələ ki, müşahidə olunmur. Lakin alıcılar planşet üçün nəzərdə tutulmuş klaviatura və stilus çatışmazlığından şikayət edirlər. Şirkət bu problemi yaxın zamanda aradan qaldırmağı söz verib. 


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


POCO F4 və POCO X4 GT smartfonları təqdim olunub - QİYMƏTİ

Xiaomi tərəfindən keçirilmiş rəsmi təqdimat çərçivəsində POCO brendi öz yeni smartfonlarını təqdim e..


Nothing Phone (1)-in bəzi texniki özəllikləri Geekbench vasitəsilə təsdiqlənib..

Təqdimata hazırlaşan Nothing Phone (1) smartfonunun dizaynı və hətta çalışma prosesi daha öncədən sə..


iPhone 14 smartfonları bir dəfə şarj olunandan sonra əvvəlki iPhone-lardan daha ..

Çinin Baidu adlı sosial şəbəkəsində iPhone 14 smartfonlarının vacib özəlliklərindən birini əhatə edə..


6000 mAh batareyaya sahib büdcəli Galaxy F13 smartfonu təqdim olunub - QİYMƏTİ..

Samsung şirkəti Galaxy F13 adlı yeni büdcəli smartfonunu təqdim edib.


Nothing Phone (1)-in hərtərəfli dizaynı və unikal funksiyaları sərgilənib (VİDEO..

MKBHD adlı Youtube kanalının müəllifi məşhur blogger Marques Brownlee OnePlus şirkətinin keçmiş həmt..


Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fotoları ortaya çıxıb

Twitter-də Xiaomi şirkətinin təqdimata hazırlaşan Xiaomi 12 Ultra flaqman smartfonunun yeni real fot..

×