
Microsoft 12 düym ekranlı yenilənmiş Surface Pro planşetini təqdim edib - QİYMƏTİ
Cihazlar+
06.05.2025
Emil
Microsoft şirkəti yenilənmiş Surface Pro planşetini təqdim edib. Təqdim edilmiş bu yeni planşet Snapdragon X Plus prosessoru vasitəsilə çalışması ilə seçilir. Yenilənmiş Surface Pro planşeti 90 Hz-lik təsvir yenilənməsinə sahib 2196x1464 piksel keyfiyyətli 12 düym ölçülü PixelSense ekranla təchiz olunub. Planşet Snapdragon X Plus prosessoru vasitəsilə çalışır və 16 GB RAM ilə 256/512 GB SSD-ni əldə edib. Planşet özündə 10 MP-lik arxa kameranı və 1080p görüntü keyfiyyətini təmin edən ön kameranı birləşdirir. Microsoft bildirib ki, yeni Surface Pro planşeti 16 saat ərzində video izləmə rejimində çalışa bilir. Planşetin gövdə qalınlığı 7.8 mm, çəkisi isə 686 qram təşkil edir. Bununla yanaşı planşet 2 ədəd USB Type-C 3.2 girişinə sahibdir. Yenilənmiş Surface Pro planşeti iyul ayında satışa çıxacaq və onun qiyməti 799$-dan start götürəcək.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
