Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Microsoft qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib - QİYMƏTİ

Mobil Cihazlar
23.09.2021 PAYLAŞIM

    Microsoft şirkəti qatlana bilən Surface Duo 2 smartfonunu təqdim edib. Şirkət yeni modeldə əvvəlkinin nöqsanlarını aradan qaldırmağa çalışıb. Bununla belə Surface Duo 2 modeli 2 ekranlı dizaynını qoruyub saxlayıb. Bununla yanaşı Microsoft sözügedən smartfonu hal hazırda 5G dəstəkli ən nazik smartfon adlandırıb. Əvvəlki Surface Duo kimi yeni model də 2 ekrana sahibdir. Tam açıq formada ekranlar 90 Hz-lik təsvir yenilənməsinə sahib 8.3 düym ölçüdə olan vahid ekrana çevrilirlər. Smartfonda Glance Bar adlı hissə mövcuddur. Smartfon qatlanmış vəziyyətdə olduğu zaman həmin hissədə müxtəlif məlumatlar əks olunurlar. Bura bildirişlər, vaxt, enerji səviyyəsi və s. daxildirlər. Barmaq izi skanı texnologiyası smartfonun kənar hissəsinə inteqrasiya edilib. Microsoft bildirib ki, Surface Duo-dan fərqli olaraq yeni modeldə şarnir konstruksiyası təkmilləşdirilib.

    Ekranlar isə Corning şirkətinin ən dözümlü qoruyucu şüşəsi olan Gorillas Glass Victus ilə əhatə olunublar. Əsas texniki özəlliklərə gəldikdə smartfon Snapdragon 888 prosessoru, 8 GB RAM, 128/256/512 GB daxili yaddaş həcmi, 12 MP (f/1.7 diafraqma, OIS) + 16 MP (ultragenişbucaqlı obyektiv) + 12 MP (teleobyektiv, OIS) üçlü arxa kamera, 12 MP-lik ön kamera və 4449 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bununla yanaşı smartfon NFC modula və stereo səsgücləndiricilərə sahibdir. Surface Duo 2 Android 11 əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon gələn ayın sonunda satışa çıxacaq. 128 GB yaddaşa sahib model 1500$-a, 256 GB yaddaşa sahib model 1600$-a, 512 GB yaddaşa sahib model isə 1800$-a satılacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Fərdi Google prosessoruna sahib Pixel 6 və Pixel 6 Pro smartfonları təqdim olunu..

Google şirkəti rəsmi şəkildə Pixel 6 və Pixel 6 Pro smartfonlarını təqdim edib.


OnePlus həmtəsisçisinin Nothing adlı yeni brendi yaxın aylarda ilk smartfonunu t..

Ortaya çıxmış yeni məlumatlara əsasən OnePlus şirkətinin həmtəsisçisi Carl Pei özünün Nothing adlı y..


Samsung öz smartfonlarının böyük hissəsini Exynos prosessorlarına keçirdəcək..

Məlum olub ki, Samsung şirkəti kənar mobil prosessor istehsalçılarından olan asılılığını azaltmaq ni..


Yeni OnePlus 9RT smartfonu və naqilsiz Oneplus Buds Z2 qulaqlıqları təqdim olunu..

OnePlus şirkti yeni OnePlus 9RT smartfonunu təqdim edib. Bu model ilin əvvəlində təqdim edilmiş OneP..


Yeni Xiaomi Black Shark 4S və 4S Pro gamer smartfonları təqdim olunub - QİYMƏTİ..

Xiaomi şirkəti Black Shark 4 və Black Shark 4 Pro gamer smartfonlarının yenilənmiş versiyalarını təq..


iPhone SE 3-ün sahib olacağı özəlliklər barəsində məlumatlar verilib

Yaponiyanın Macotakara saytı öz mənbələrinə istinadən Apple şirkətinin ən büdcəli iPhone smartfonunu..

×